Emre Cana sürpriz alıcı çıxdı
İdman
|
10:41 • 9 Mart 2018
"Real Madrid" yayda "Liverpool"n yarımmüdafiəçisi Emre Canı transfer
etməyə çalışacaq.
Uzun zamandır 24 yaşlı
havbeklə maraqlanan "Juventus" bu məsələdə ciddi rəqib qazanmış olub.
Emrenin qışda başqa kluba keçmək ehtimalı olsa da, Almaniya millisinin
üzvü tələsməmək qərarına gəlmişdi.. "Qoca senyora" onunla ilkin razılıq
əldə etmək üçün böyük səy göstərmişdi.