Xəzər Xəbər

"Real"a transfer olunmaq üçün "Çelsi"dən imtina etdi

İdman | 17:01 • 8 Mart 2018
"Real"a transfer olunmaq üçün

"Çelsi"nin futbolçusu Eden Hazard "Real"a transfer olunmaq istəyir və bu səbəbdən "Çelsi" ilə yeni müqavilə danışıqlarını dayandırıb. Bu barədə "Daily Mail" məlumat yayıb.


"Real"ın baş məşqçisi Zinəddin Zidanın fanatı olan belçikalı ulduzun "Kral Klubu"na keçidi fransız mütəxəssisin komandada qalıb-qalmayacağından aslıdı. Çempionlar Liqasında 1/4 finala çıxsa da, La Liqada çempionluq mübarizəsindən uzaq düşən Madrid klubu 27 turdan sonra "Barselona"dan 15 xal geri qalır və3-cü pilləni tutur. Bu səbəbdən Zidanın mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal edilir.


Fanat.Az

Xəbər lenti