Xəzər Xəbər

Patrik Klyuvertin oğlu milliyə dəvət aldı

İdman | 15:32 • 8 Mart 2018
Patrik Klyuvertin oğlu milliyə dəvət aldı

Hollandiya millisinin heyəti açıqlanıb.

Yığmanın yeni baş məşqçisi Ronald Kuman 33 futbolçuya dəvət göndərib. Onların arasında Hollandiya millisinin sabiq futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvertin də adı var. 18 yaşlı yarımmüdafiəçi ilk dəfə ölkənin əsas millisinə dəvət alıb.

Qeyd edək ki, Castin martın 23-də İngiltərə və ya 26-da Portuqaliya ilə yoldaşlıq oyunlarından birində meydana çıxsa, yığmadakı debütünü atası kimi 18 yaşında gerçəkləşdirə bilər.

Xəbər lenti