Xəzər Xəbər

Rikelme gənc futbolçuları yıxıb-sürüdü

İdman | 15:28 • 8 Mart 2018
Rikelme gənc futbolçuları yıxıb-sürüdü

Argentina yığmasının sabiq üzvü Xuan Roman Rikelme müasirin futbolunoyunçuları barədə danışıb.

39 yaşlı Rikelmegənc futbolçuları kəskin tənqid edib. O, gəncləri daha çox meydandakı oyunları yox, imicləri maraqlandırdığını deyib:

"Biz futbolu sevirdik. "İnstagram"da saçlarımızı kəsdirdikdən sonra şəkil paylaşmadıq, küçədə itlə gəzən zaman foto çəkdiribsosial şəbəkəyə yerləşdirməmişik. İndiki futbolçuların əksəriyyəti belə edir. Biz bu cür futbolçu olmuşuq. Boş vaxtımızda oyunlara baxırdıq, öyrənirdik. Ancaq indi belə deyil. Gənc futbolçular boş zamanlarında matçları izləmirlər. Onlar qol sevincini necə yaşamaq haqda düşünürlər. Çox əsəbləşirəm, amma nəsə edə bilmirəm. Bizim vaxtımızda futbolçular meydana ona görə çıxırdılar ki, oynamaqdan zövq alsınlar. Tanrıya şükür olsun ki,mən başqa zamanda oynamışam".

Rikelme karyerasını 2015-ci ildə bitirib. O, Argentina yığmasında keçirdiyi 54 oyunda 18 qol vurub. Rikelme "Boka Xuniors", "Barselona", "Vilyarreal" kimi klublarda çıxış edib və karyerasını yetirməsi olduğu "Argentions Xuniors"da başa vurub.

Xəbər lenti