Xəzər Xəbər

PSJ-nin almaniyalı ulduzundan ŞOK ETİRAF: “ÇL-dən ələnmək haqqımızdır”

İdman | 14:35 • 8 Mart 2018
PSJ-nin almaniyalı ulduzundan ŞOK ETİRAF:

Çempionlar Liqasının 1/8 finalında "Real Madrid”ə böyük hesabla məğlub olan PSJ-nin almaniyalı futbolçusu Yuliyan Draksler şok açıqlama verib.

Ulduz futbolçu ÇL-dəki yollarını başa vurmağın onlara haqq olduğunu deyib:

""Real” əla oyun sərgilədi. Biz isə sadəcə top çevirdik. Belə oynayaraq heç nə əldə edə bilməzsiniz. Sadəcə ötürmə etməklə göydən nəyinsə düşməsini gözləyə bilməzsiniz. Ələnmək haqqımız idi. Ötən yay transferə 400 milyon avro xərclədik. Hamı nəyinsə dəyişəcəyini deyirdi. Ancaq hələ bir tur belə keçə bilmədik”.

Klubun transfer siyasətini tənqid edən futbolçu baş məşqçi Unay Emeriyə də sərt reaksiyasını bildirib: "Oyuna 76-cı dəqiqədə girdim. Məntiqim qəbul etmir, anlaya bilmirəm, təəccüblü və əsəbiyəm”.

Qeyd edək ki, "Real" - PSJ arasında keçirilən hər iki matç 3:1 və 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb./publika.az

Xəbər lenti