Xəzər Xəbər

27 yaşlı futbolçu karyerasını BİTİRDİ

İdman | 11:55 • 8 Mart 2018
27 yaşlı futbolçu karyerasını

"Leiçester Siti” komandasının İngiltərə Premyer Liqasının çempionu olmasında böyük pay sahibi olan futbolçu Riyad Maxrez professional karyerasına son qoyub.

27 yaşlı futbolçu bu barədə feysbuk hesabından açıqlama verib.

O, bu qərarı həkimləri ilə məsləhətləşdikdən sonra qəbul etdiyini yazıb. Ancaq onun digər sosial media hesablarında bu məsələ barədə hər hansı yazı getməyib. Xəbərin təkcə feysbuk hesabından verilməsi futbolçunun şəxsi hesabına müdaxilə olunması şübhələrini ortaya qoyub. Diqqətçəkən məqam isə paylaşımın hələ də olduğu kimi qalmasıdır.

Futbolçu öz paylaşımında bu ifadələrə yer verib:

"Bir çox həkimlə görüşdükdən sonra futboldan getməyə qərar verdim. Futbolçu kimi müddətimi başa vurdum. Mənə yaxşı münasibət göstərən və hörmətlə yanaşan hər kəsə təşəkkür edirəm. Hər zaman qəlbimdə qalacaqsınız”.

Açıqlama İngiltərədə geniş müzakirələrə səbəb olub. Bunun futbolçu tərəfindən yazılıb-yazılmadığı hələ ki, dəqiqləşdirilməyib.

Xəbər lenti