Xəzər Xəbər

“Real” və “Liverpul” UEFA Çempionlar Liqasının ilk dörddəbir finalçılarıdır

İdman | 09:23 • 7 Mart 2018
“Real” və “Liverpul” UEFA Çempionlar Liqasının ilk dörddəbir finalçılarıdır

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.

Xezerxeber.az məlumat verir ki, günün əsas oyunu Parisdə keçirilib. "PSG” "Real”ı qəbul edib. Matçın 52-ci dəqiqəsində Dani Alvesin kobud səhvindən sonra Kriştiano Ronaldu hesabı açıb. Oyunun 65-ci dəqiqəsində hakimə etirazına görə Marko Veratti ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Meydan sahibləri oyunun 71-ci dəqiqəsində Edison Cavaninin vurduğu qol ilə hesabı bərabərləşdiriblər. Qonaq "kral" klubu 80-ci dəqiqədə hesabda yenə önə keçib. Kazemiro fransızları meydanın mərkəzinə dəvət edib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Real" növbəti mərhələyə yüksəlib.

Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:0 hesabı ilə darmadağın edən "Liverpul” öz meydanında "Portu”nu məğlub edə bilməyib. "Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.

Xəbər lenti