Xəzər Xəbər

Futbol üzrə İtaliya çempionatının oyunlarının vaxtı dəyişdirilib

İdman | 15:40 • 6 Mart 2018
Futbol üzrə İtaliya çempionatının oyunlarının vaxtı dəyişdirilib

Futbol üzrə İtaliya çempionatının martın 4-də keçirilməsi nəzərdə tutulan 27-ci turun oyunlarının vaxtı dəyişdirilərək aprelin 3-nə və 4-nə təyin olunub.


AZƏRTAC İtaliya Futbol Federasiyasına istinadla xəbər verir ki, 27-ci turun tarixi bilinməyən yeganə oyunu "Milan” və "İnter” arasındakı görüşdür.


"Milan” Avropa Liqasında mübarizə aparır, komandanın dörddəbir finala çıxmaq şansı var və ilk matç aprelin 5-nə planlaşdırılıb.


"Atalanta”-"Yuventus” oyununun vaxtı qar səbəbindən dəyişdirildiyindən "Atalanta”-"Sampdoriya” qarşılaşması aprelin 11-də keçiriləcək.


İtaliya çempionatının bazar günü matçlarının vaxtı "Fiorentina”nın müdafiəçisi və kapitanı David Astorinin ölümü ilə əlaqədar dəyişdirilib. Udine şəhərindəki "La 'di Moret” mehmanxanasında bazar günü futbolçunun meyiti tapılıb. Komanda bu şəhərdə "Udineze” ilə 27-ci turun oyunları çərçivəsində qarşılaşmalı idi. Bazar günü şəhər prokuroru Antonio de Nikolo oyunçunun ölüm səbəbinin ürəyinin dayanması olduğunu, lakin səhəri gün "qərəzsiz ölüm” maddəsi ilə cinayət işi açıldığını bəyan edib.

Xəbər lenti