Xəzər Xəbər

Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşib

İdman | 11:24 • 5 Mart 2018
Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

Milli komandalarda və qitə miqyaslı oyunlarda 3 və daha çox qol vuranların cədvəlinə 26 futbolçu daxil edilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 9 qol vuran Əyyub Əl Kaabidi. "Penalsans” klubunun üzvü yalnız yığmada fərqlənib.

2-ci yerdə argentinalı Emiliano Tade qərarlaşıb. O, Yeni Zelandiyanın "Oklend Siti” klubunda 5 qola imza atıb. Cənubi Koreyalı Şin-Vuk Kim ("Yonbuk Hyundai”) millidə vurduğu 4 qolla ilk "üçlüy”ü qapayır.

Qeyd edək ki, Azərbaycan millsi və klubları bu il keçirilən beynəlxalq matçlarda qol vurmayıb.

Xəbər lenti