Xəzər Xəbər

Deontey Uaylder yeddinci dəfə titulunu qoruyub - FOTO

İdman | 11:41 • 4 Mart 2018
Deontey Uaylder yeddinci dəfə titulunu qoruyub -

Dünya Boks Şurasının (WBC) super ağır çəki dərəcəsində dünya çempionu amerikalı Deontey Uaylder Nyu-Yorkda keçirilən qarşılaşmada rəqibi Luis Ortisi məğlub edərək yeddinci dəfə titulunu qoruyub.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, Uaylder 12 raundluq döyüşün 10-cu raundunda texniki nokautla qalib gəlib. Bu qələbə ilə 32 yaşlı Uaylder peşəkar rinqdə məğlubedilməzlik seriyasını qoruyub. Keçirdiyi 40 döyüşün hamısında qələbə qazanan amerikalı boksçu 39 görüşdə nokautla qalib gəlib.

Otuz səkkiz yaşlı Ortis isə 28 qələbədən ibarət məğlubedilməzlik seriyasını qoruya bilməyib.

Bu görüşün nəticəsində Uaylder 2,1 milyon, Ortis isə 500 ABŞ dolları gəlir əldə edib.

Hər iki boksçu arasında qarşılaşma noyabrda planlaşdırılsa da, Ortis dopinq testindən keçə bilmədiyi üçün diskvalifikasiya edilmişdi. Ona görə də Uaylder titulunu qorumaq üçün kanadalı Bermeyn Stivern ilə qarşılaşmış və ilk raundda da nokautla qələbə qazanmışdı.

Super ağır çəki dərəcəsinin digər versiyası üzrə dünya çempionu britaniyalı Antoni Coşua ilə yeni zelandiyalı Cozef Parker arasında qarşılaşma isə martın 31-də Kardifdə keçiriləcək.

Xəbər lenti