Xəzər Xəbər

Futbolda 4-cü dəyişikliyə icazə veriləcək

İdman | 14:59 • 4 Mart 2018
Futbolda 4-cü dəyişikliyə icazə veriləcək

Futbol Assosiasiyası Beynəlxalq Şurası matçların əlavə olunmuş vaxtında dördüncü dəyişikliyin edilməsinə icazə verəcək.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

"Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında dördüncü dəyişikliyin edilməsi məsələsinə martın16-da FİFİA-nın şurasında baxılacaq", - deyə təşkilatın mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, dördüncü dəyişiklikdən 2017-ci ildə Konfederasiyalar kubokunda, Portuqaliya ilə Çili arasında baş tutan yarımfinal matçında istifadə edilib.

Şura dünya çempionatında videotəkrar sistemini tətbiq edib.

Xəbər lenti