Xəzər Xəbər

Ronaldu "Real"ın qalib gəlməsinə belə kömək edib

İdman | 10:06 • 4 Mart 2018
Ronaldu "Real"ın qalib gəlməsinə belə kömək edib

İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində "Real" "Xetafe"ni qəbul edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.

Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştian Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.

Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.

"Real" bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Xetafe" isə 36 xalla 10-cu yerdə mövqe tutub.

Xəbər lenti