Xəzər Xəbər

Rednapp: "Venqerin "Arsenal"dan getmək vaxtı yetişib"

İdman | 15:57 • 3 Mart 2018
Rednapp:

İngiltərənin tanınmış futbol mütəxəsisi Harri Rednapp "Arsenal"ın baş məşqçisi Arsen Venqerə postundan getməyi məsləhət görüb.

71 yaşlı Rednapp bunları deyib:

"Venqer fantastik məşqçidir. Onun "Arsenal" karyerası inanılmazdır. Amma onun klubu tərk etmək vaxtının yetişdiyini düşünürəm. Venqer mövsümün qalan hissəsini yaxşı keçirə bilərki, azarkeşlər ona müsbət yanaşsın. Bu, ona klubdan qürurla getməyə imkan verər. "Arsenal"dakı fəaliyyəti ərzində fransız mütəxəsis böyük uğurlar qazanıb. Məşqçinin öz işini itirməsini görmək istəmirəm deyə bu mövzuda danışmaq xoşuma gəlmir. Lakin Venqerin "Arsenal"dakı zamanı artıq bitir".

Xəbər lenti