Xəzər Xəbər

İngilis klubları Marko Roysu izləyir

İdman | 14:58 • 3 Mart 2018
İngilis klubları Marko Roysu izləyir

"Borussiya Dortmund"un kapitanı Marko Roysa İngiltərənin 2 klubu maraq göstərir.

28 yaşlı yarımmüdafiəçini daha yaxından "Tottenhem" izləyir.

Roys Dortmund klubu ilə yeni müqavilə imzalamasa, "mahmızlar" transfer üçün təklif göndərəcək. Almaniyalı havbek "Liverpul"un da maraq dairəsindədir. Komandanın baş məşqçisi Yurqen Klopp keçmiş yetirməsinin potensialına yaxşı bələddir.

Roysun "Borussiya" ilə müqaviləsi mövsümün sonunda bitir.

Xəbər lenti