Xəzər Xəbər

Sualdan əsəbiləşdi: "Yenə də Neymar? Başqa futbolçu yoxdu?"

İdman | 14:53 • 3 Mart 2018
Sualdan əsəbiləşdi:

PSJ-nin müdafiəçisi Presnel Kimpembe jurnalistlərin verdiyi sualdan əsəbiləşib.

XəzərXəbər komanda.az-a istinadənxəbər verir ki, jurnalistlər Çempionlar Liqasında "Real"la keçiriləcək cavab qarşılaşması ilə bağlı futbolçunun fikirlərini öyrənərkən, ona Neymar haqda da sual veriblər. Bu sualdan sonra müdafiəçi özündən çıxıb:

"Yenə də Neymar? Orda Neymar, burda Neymar. Həmişə Neymar. Başqa futbolçu yoxdu? Bilmirəm sizə nə cavab verim. Məşqçi başqa futbolçu oynadacaq.

Hamımız bilirik ki, ağır olacaq. Çünki o, komanda üçün vacib futbolçudu. Buna baxmayaraq, çalışacağıq ki, 1/4 finala adlayaq".

Neymar zədələndiyi üçün "Real"la oyunda meydana çıxa bilməyəcək.

İlk qarşılaşmada "Real" 3:1 hesabı ilə qalib gəlib. Təkrar oyun martın 6-da Parisdə keçiriləcək.

Xəbər lenti