Xəzər Xəbər

Salli Muntari İspaniya klubunda

İdman | 12:27 • 23 Fevral 2018
Salli Muntari İspaniya klubunda

İspaniynın "Deportivo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

La Korunya təmsilçisi bir müddətdi klubsuz olan qanalı futbolçu Salli Muntari ilə anlaşıb. Muntariylə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, "Udineze”, "Portsmut”, "İnter”, "Milan”, "Sanderlend” kimi komandalarda top qovmuş 33 yaşlı futbolçunun son iş yeri İtaliya "Peskara”sı olub. Ötən yay bu komandadan ayrılan Muntari, "Depor”a azad agent kimi keçib.

Xəbər lenti