Xəzər Xəbər

Avropanın taleyi bu gün saat 4-də HƏLL OLUNACAQ: gözlər İsveçrədə

İdman | 11:55 • 23 Fevral 2018
Avropanın taleyi bu gün saat 4-də HƏLL OLUNACAQ:

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Püşkatmada son 16 komanda səpələnmişlər, həmçinin səpələnməmişlər səbətinə ayrılacaq və ölkə bölgüsü aparılmayacaq. Həmişə olduğu kimi, bu qaydada yeganə istisna Rusiya və Ukrayna komandalarıdır. UEFA İntizam Komitəsinin qərarına görə, bu ölkələrin aralarında baş verən siyasi gərginlik səbəbilə təmsilçiləri qarşılaşmayacaq.

Qeyd edək ki, ilk oyunlar 8 mart tarixində, cavab oyunları isə 15 martda baş tutacaq.

Avropa Liqası 1/8 final mərhələsinə adlayan komandalar:

"Milan" (İtaliya)

"Arsenal" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya)

"Atletik" (Bilbao, İspaniya)

"Atletiko" (Madrid, İspaniya)

"Marsel" (Fransa)

MOİK (Moskva, Rusiya)

"Dinamo" (Kiyev, Ukrayna)

"Latsio" (İtaliya)

"Lokomotiv" (Moskva, Rusiya)

"Leyptsiq" (Almaniya)

"Viktoriya" (Plzen, Çexiya)

"Zalsburq" (Avstriya)

"Sportinq" (Portuqaliya)

"Lion" (Fransa)

"Zenit" (Rusiya)

Xəbər lenti