Xəzər Xəbər

"Barselona"da yeni müqavilə

İdman | 18:05 • 22 Fevral 2018
"Barselona"da yeni müqavilə

"Barselona"da yeni müqavilə qeydə alınıb.

Kataloniya təmsilçisi müdafiəçi Serji Roberto ilə sözləşmənin müddətini uzadıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, İspaniya millisinin üzvü 2022-ci ilədək "Barselona"nın şərəfini qoruyacaq.

Müqaviləyə əsasən 26 yaşlı cinah müdafiəçisinin sərbəst qalmaq qiyməti 500 milyon avro təyin olunub. Onu transfer etmək istəyən klub bu məbləğdən keçməlidir.

Qeyd edək ki, Serji Roberto "Barselona"nın yetirməsidi. O, La Liqa təmsilçisinin heyətində keçirdiyi 187oyunda bir 7vurub.

Xəbər lenti