Xəzər Xəbər

“Qırmızı kart kralı”ndan növbəti BİABIRÇI REKORD

İdman | 11:23 • 22 Fevral 2018
“Qırmızı kart kralı”ndan növbəti

İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Serxio Ramos daha bir rekorda imza atıb.

XəzərXəbər xəbər verir ki, müdafiəçi ötən gün səfərdə keçirilən "Leqanes"ə qarşı oyunda sarı kart alıb. Bununla da, Ramos 163-cü xəbərdarlığını görüb və "La Liqa"-da rekorda imza atıb.

Qeyd edək ki, oyun 1:3 hesabı ilə "Real”ın xeyrinə yekunlaşıb.

Xəbər lenti