Xəzər Xəbər

"Real"da inqilab: iki ulduz gedir, onlar gəlir

İdman | 15:47 • 21 Fevral 2018
"Real"da inqilab:

"Real" yayda heyətində ciddi islahatlara gedəcək. Artıq iki ulduz futbolçunun komandanı tərk edəcəyi bəllidi.


"El Mundo Deportivo"nun məlumatına görə, Qaret Beyl və Kərim Benzema yola salınacaq. Artıq hər iki futbolçuya bu barədə məlumat verilib.


"Real"ın transfer siyahısındakı bir nömrəli hədəf Neymardı. Amma braziliyalı ulduzun bu tezliklə PSJ-dən ayrılması gözlənilmir.


Digər hədəflər isə "Tottenhem"dən Harry Keyn və "Çelsi"dən Eden Hazard hesab olunur. "Real"ın Beyl və 110 milyon avro təklif edərək Eden Hazardı transfer etmək istədiyi deyilir. Uelsli ulduz üçün digər variantlar isə "Mançester Yunayted" və "Tottenhem" hesab olunur.


Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya alıb. 28 yaşlı futbolçu cari mövsümdə 22 rəsmi oyuna çıxaraq 9 qol vurub və 6 məhsuldar ötürmə edib.


Benzema isə 2009-cu ildə "Lion"dan "Real"a 35 milyon avroya transfer olunub. 30 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 27 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.


Fanat.Az

Xəbər lenti