Xəzər Xəbər

Haynkes: "Beşiktaş" 0:5 hesablı məğlubiyyətə layiq deyil"

İdman | 15:01 • 21 Fevral 2018
Haynkes:

Almaniya çempionu "Bavariya”nın baş məşqçisi Yupp Haynkes UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Beşiktaş”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Təcrübəli çalışdırıcı komandasının 5:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:

"Beşiktaş çox yaxşı komandadır. 0:5 hesablı məğlubiyyətə layiq deyillər. Revanş matçında da diqqətli olmalıyıq.Bura Çempionlar Liqasıdır və fərqli səviyyəsi var. İstanbulda müdafiə futbolu oynamayacağıq. Öz oyunumuzu nümayiş etdirəcəyik və əlimizdən gələni edəcəyik".

Xəbər lenti