Xəzər Xəbər

"Neftçi" onunla yollarını ayırdı RƏSMİ

İdman | 13:14 • 21 Fevral 2018
"Neftçi" onunla yollarını ayırdı

"Neftçi” xorvatiyalı futbolçusu Mateo Mujeklə yollarını ayırıb.

Xorvatiyalı müdafiəçinin müqaviləsinə bu gün qarşılıqlı razılşma əsasında xitam verilib.

"Neftçi” M.Mujekin özünə yeni komanda tapmasında israrlı idi. Nəhayət ki, xorvatiyalı müdafiəçi ilə danışıqlar müsbət nəticələnib. Beləliklə, qış fasiləsindən bəri ölkəsində axtarışda olan 23 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

Qeyd edək ki, Mateo Mujek "Neftçi”yə Sloveniyanın "Rudar”ından keçmişdi.

Xəbər lenti