Xəzər Xəbər

Şenol Güneş: "Ən çox üzüldüyüm şey bu oldu"

İdman | 12:14 • 21 Fevral 2018
Şenol Güneş:

Türkiyənin"Beşiktaş” klubununbaş məşqçisi Şenol Günəş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsininn ilk oyunu çərçivəsində səfərdə Almaniyanın "Bavariya” klubuna 0:5 hesabı ilə uduzduqları qarşılaşma haqda danışıb.

Təcrübəli çalışdırıcı komandasının böyükhesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:

"Oynadlğımız oyunlarla haqq etdiyimiz yerə gəlmişik. Bu dəfə isə layiqli oyun göstərmədik. Bizim üçün pis nəticə oldu. Daha yaxşı oynamaq istəyirdik, olmadı. Hücuma çıxmaq istəyərkən top itirmək və ardınca qırmızı vərəqə almaq arzulamadığımız bir şeydir. Hesab nə olursa, olsun, başa-başmübarizə aparmaq istəsək də, təəssüf ki, istədiklərimiz reallaşmadı. Rəqiblə başa-baş mübarizə apara bilməmək ən çox üzüldüyümüz şey oldu".

Xəbər lenti