Xəzər Xəbər

"Volfsburq"un yeni baş məşqçisi məlum oldu

İdman | 18:13 • 20 Fevral 2018
"Volfsburq"un yeni baş məşqçisi məlum oldu

"Volfsburq"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bundesliqa klubunu Bruno Labbadia çalışdıracaq. Klubun rəsmi saytının yaydığı məlumata görə, 52 yaşlımütəxəssislə 2019-cu ilədək müqavilə imzalanıb.

Məşqçilik karyerasına "Darmştadt"da başlayan Labbadia "Bayer", "Hamburq", "Ştutqart" kimi Bundesliqa klublarında çalışıb.

Qeyd edək ki, alman mütəxəssis bu postda Martin Şmidti əvəzləyib.

Xəbər lenti