Xəzər Xəbər

“Pxençan-2018”: Norveç yığması öz rekordunu yenilədi

İdman | 13:01 • 20 Fevral 2018
“Pxençan-2018”: Norveç yığması öz rekordunu yenilədi

Norveç yığması Qış Olimpiya Oyunlarında qazandığı medalların sayına görə öz rekordunu yeniləyib.

Hazırda norveçlilər 28 medala (11-9-8) sahibdirlər. Onların bundan əvvəlki nailiyyəti – 26 medalı 1994-cü ilin Lillehammer Qış Oyunlarında (10-11-5) qazanıblar. "Soçi-2014”də isə uğurlarını təkrarlayıblar (11-5-10).

Hazırda Norveç Pxençan Olimpiadasında medalların sayına görə birinci yerdədir.

"Pxençan-2018” Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.

Xəbər lenti