Xəzər Xəbər

Bu axşam "Çelsi" ilə "Barselona" üzləşir

İdman | 09:55 • 20 Fevral 2018
Bu axşam "Çelsi" ilə "Barselona" üzləşir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutacaq.

Günün ən önəmli və həyəcanlı qarşılaşması Londonda keçiriləcək. "Barselona” "Çelsi”yə qonaq olacaq. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoriti olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olar. Hazırda Premyer Liqada yaxşı günlərini yaşamayan, amma Avrokuboklarda hər zaman mövcud formasının üzərində çıxış edən "zadəganlar”ın yaxşı formada olan "Barselona” qarşısında nə edəcəyi maraqla gözlənilir. Antonio Konte bu oyunda braziliyalı müdafiəçi David Luizin xidmətindən yararlana bilməyəcək. Timo Bokoyakonun taleyinə isə matç saatında aydınlıq gələcək. "Barselona”da isə Nelson Semedo sarı vərəqə cəzalısı olduğu üçün meydanda çıxmayacaq.

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla izləniləcək. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi "Beşiktaş” möcüzə axtarışına çıxacaq. "Qara qartallar” Münhendə "Bavariya” ilə üz-üzə gələcəklər. Cütün favoriti şübhəsiz ki, almanlardı, amma Şenol Günəşin komandası da səfərə turist kimi yollanmayıb. Türklər imkansızı bacarmaq üçün ikiqat əzmlə çıxış edəcəklər.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

20 fevral

23:45. "Bavariya” – "Beşiktaş”

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

"Alyans Arena”, Münhen

23:45. "Çelsi” – "Barselona”

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

"Stemford Bric”, London.

Xəbər lenti