Xəzər Xəbər

“Real”ın müdafiəçisi Marselo PSJ ilə oyunu buraxa bilər

İdman | 17:44 • 19 Fevral 2018
“Real”ın müdafiəçisi Marselo PSJ ilə oyunu buraxa bilər

İspaniya La Liqasının 24-cü turunda səfərdə "Betis”ə qalib gələn (5:3) "Real” itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, kral klubunun müdafiəçisi Marselo sıradan çıxıb. Braziliyalı futbolçu matçın 28-ci dəqiqəsində zədələnərək Teo Hernandeslə əvəzlənib.

İspaniyanın "Marca” nəşri futbolçunun zədəsinin ciddi ola biləcəyi barədə məlumat yayıb. Xəbərdə Marselonun hətta Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununu buraxa biləcəyi vurğulanıb.

Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan isə futbolçunun zədəsi barədə danışarkən deyib: "Ciddi bir şey olduğunu düşünmürəm. Bir neçə günə hər şey bəlli olacaq”.

PSJ-"Real” oyunu martın 6-da keçiriləcək. Komandalar arasında "Santyaqo Bernabeu”da keçirilmiş ilk oyun "kral klubu”nun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər lenti