Xəzər Xəbər

Kontedən Messiyə "BƏD DUA": "Ümid edirəm ki..."

İdman | 15:13 • 19 Fevral 2018
Kontedən Messiyə "BƏD DUA":

"Çelsi” komandasının baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək "Çelsi” - "Barselona” qarşılaşması ilə bağlı açıqlama verib.

Konte mübarizənin çətin olacağını bildirib:

"Artıq bir aydan çoxdur ki, bu qarşılaşmaya köklənmişik və rəqibimizi analiz etmişik. Biz dünyanın ən yaxşı komandasından söhbət edirik. Mükəmməl bir matç sərgiləmək və ən yaxşı qərarları vermək lazımdır. "Barselona” topla fantastik oyun göstərir. Top saxlamağı sevən komandadır. Çalışacağıq ki, topu özümüzdə saxlamaqdan istifadə edək.

Messi "Çelsi”yə qarşı çıxdığı 8 oyunda qol vurmayıb. Ümid edirəm ki, bu matçda da ənənəsini davam etdirəcək. Fantastik oyunçu haqqında danışırıq. Onu yaxşı tanıyırıq. Yalnız Messini dayandırmağa çalışsaq, bu təhlükəli ola bilər”, - Konte bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Çelsi” - "Barselona” matçı fevralın 20-də, Bakı vaxtilə saat 23:45 başlayacaq./Publika.az

Xəbər lenti