Xəzər Xəbər

"Qarabağ" üçün həm xoş, həm bəd xəbər

İdman | 14:56 • 17 Fevral 2018
"Qarabağ" üçün həm xoş, həm bəd xəbər

"Qarabağ"ın yarımmüdafiəçi Miçel zədəsini sağaldıb.


XəzərXəbər Sport7.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq növbəti oyunda meydana çıxmağa tam hazırdı. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, qarşıdakı "Səbail"lə oyunda komandasına kömək edə biləcək.


Lakin ağdamlıların legioneri Yakub Jezniçak bu oyunu buraxmalı olacaq. Ötən tur "Qəbələ" ilə oyunda sarı vərəqə limitini dolduran polşalı müdafiəçi "Səbail”lə oyunu buraxmaq məcburiyyətində qalıb.


Qeyd edək ki, fevralın 18-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyunu saat 17:30-da başlayacaq.

Xəbər lenti