Xəzər Xəbər

“Qalatasaray” avrokuboklardan yenə kənarlaşdırılır?

İdman | 16:32 • 16 Fevral 2018
“Qalatasaray” avrokuboklardan yenə kənarlaşdırılır?

"Qalatasaray" yenidən avrokuboklardan kənarlaşdırıla bilər.

Buna səbəb klubun külli miqdarda borcunun olmasıdı.

"Sarı-qırmızılılar"a yeni prezident təyin edilən Mustafa Cengiz araşdırma nəticəsində 298 milyon avroluq borcun olduğunu üzə çıxarıb. Bunun 122 milyonu Ünal Aysal, 58 milyonu Duyqun Yarsuvat, 118 milyonu isə Dursun Özbəkin dönəminə təsadüf edir.

Mustafa Cengiz martın 9-da UEFA nümayəndələrinə bununla bağlı hesabat verəcək. Qısa müddətdə borcun azaldılması mümkünsüz göründüyündən, "Qalatasaray"ın növbəti dəfə cəzalandırılması qaçılmazdı. Belə ki, UEFA İstanbul nəhəngini ya avrokuboklardan kənarlaşdıracaq, ya da transfer qadağası tətbiq edəcək. Ən yaxşı ehtimal isə klubun maaşlar üçün ayrılan büdcəsinə limit qoyulması olacaq.

Qeyd edək ki, "Qalatasaray" 2016/2017 mövsümündə maliyyə feyr-pleyini pozduğu üçün avrokuboklardan uzaqlaşdırılmışdı./apa

Xəbər lenti