Xəzər Xəbər

Venger UEFA-nın qaydalarından narazıdır

İdman | 15:40 • 16 Fevral 2018
Venger UEFA-nın qaydalarından narazıdır

İngiltərənin "Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venger UEFA-nın avrokuboklarda bir futbolçuya eyni mövsümdə iki fərqli klubda oynamağa icazə verilməməsi ilə bağlı mövcud qaydalarına etiraz edib.


AZƏRTAC xəbər verir ki, buna səbəb "Arsenal”ın yeni transfer etdiyi Pyer-Emerik Obameyanqın xidmətindən UEFA Avropa Liqasında istifadə edə bilməməsidir.


"Bütün klubların bu qaydanın ləğvinə tərəfdar olduqlarını bilirəm. Onun heç bir mənası yoxdur”, - deyə fransalı mütəxəssis etirazını bildirib.


UEFA-nın reqlamenti klublara imkan verir ki, qış fasiləsindən sonra yalnız bir yeni futbolçunun adını avrokuboklarda iştirak ərizəsinə əlavə etsin. Amma həmin futbolçu eyni mövsümdə qitə turnirlərində mübarizə aparan başqa klubun heyətində meydana çıxmamalıdır. Obameyanq "Borussia Dortmund” klubunun heyətində UEFA Çempionlar Liqasında çıxış etsə də, Almaniya təmsilçisi hazırda Avropa Liqasının pley-off mərhələsində mübarizə aparır.

Xəbər lenti

Çox oxunanlar