Xəzər Xəbər

Azərbaycan atleti Polşada gümüş medal qazanıb

İdman | 15:40 • 16 Fevral 2018
Azərbaycan atleti Polşada gümüş medal qazanıb

Qış mövsümünün prestijli yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib.


AZƏRTAC xəbər verir ki, yarışda üçtəkanla tullanma növündə Azərbaycanı Aleksis Copello təmsil edib. Madrid mərhələsinin 4-cüsü olan Aleksis Torunda 16,89 nəticə göstərərək yarışın gümüş mükafatçısı olub.

Xəbər lenti