Xəzər Xəbər

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçirilib

İdman | 08:57 • 16 Fevral 2018
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçirilib

Bu gün UEFA Avropa Liqasında onaltıdabir final mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib.

Xezerxeber.az məlumat verir ki, bu mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutub.

Cari mövsümdə "Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş Danimarkanın "Kopenhagen” klubu ilə Madridin "Atletiko” komandasının dueli qarşılıqlı idman mübarizəsi şəraitində keçib. Matçın sonunda sevinən tərəf Madrid təmsilçiləri olublar - 4:1.

Londonun "Arsenal” klubu səfərdə İsveçin "Ostersund” kollektivinə qalib gəlib - 3:0. "Ludoqorets”in qonağı olan "Milan” da rəqibin qapısından üç cavabsız top keçirib. Dortmund "Borussiya”sı isə öz meydanında "Atalanta”nı son dəqiqələrdə vurulan qolla məğlub edə bilib - 3:2 . Günün mərkəzi görüşlərindən sayılan "Lion” və "Vilyarreal” klublarının qarşılaşmasında qalib tərəf meydan sahibləri olublar - 3:1.

Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Astana” (Qazaxıstan) – "Sportinq” (Portuqaliya) - 1:3

"Marsel” (Fransa) – "Braqa” (Portuqaliya) - 3:0

"Nitsa” (Fransa) – "Lokomotiv” (Rusiya) - 2:3

"Real Sosyedad” (İspaniya) – "Zalsburq” (Avstriya) - 2:2

"Spartak” (Moskva, Rusiya) – "Atletik” (İspaniya) - 1:3

AEK (Yunanıstan) – "Dinamo”(Ukrayna) - 1:1

"Seltik” (Şotlandiya) – "Zenit” (Rusiya) - 1:0

"Styaua” (Rumıniya) – "Latsio” (İtaliya) - 1:0

"Napoli” (İtaliya) – "Leypsiq” (Almaniya) - 1:3

"Partizan" (Serbiya) – "Viktoriya” (Çexiya) - 1:1.

Xəbər lenti