Xəzər Xəbər

Messini geridə qoydu

İdman | 12:08 • 15 Fevral 2018
Messini geridə qoydu

"Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne məhsuldar ötürmə ilə bağlı göstəricisini bir qədər də yaxşılaşdırıb.

Xezerxeber.az məlumat verir ki, ulduz futbolçu Premyer Liqanın XXVII turunda "Lester”lə qarşılaşmada 3 assistlə yadda qalıb. Cari mövsüm meydana çıxdığı 37 görüşdə 11 qol və 18 məhsuldar ötürməyə imza atan belçikalı 2012-ci ilin avqustundan bəri Avropada ən çox qol ötürməsi verən futbolçularının sıralamasında liderliyə yüksəlib. Assist sayını 77-yə çatdıran "şəhərlilər”in lideri bununla "Barselona”nın ulduzu Lionel Messini də geridə qoyub.

Qeyd edək ki, "Mançester Siti”-"Lester” oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər lenti