Xəzər Xəbər

Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək

İdman | 10:52 • 15 Fevral 2018
Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Xezerxeber.az məlumat verir ki, mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutacaq.

Cari mövsümdə "Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş "Kopenhagen” ilə "Atletiko”nun dueli də maraqla gözlənilir.

Günün mərkəzi qarşılaşmasında "Arsenal” səfərdə "Ostersund”un, "Milan” isə "Ludoqorets”in qonağı olacaq. Dortmund "Borussiya”sı öz meydanında "Atalanta” ilə üz-üzə gələcəyi halda, "Lion” klubu "Vilyarreal” ilə münasibətlərə aydınlıq gətirəcək.

Gün ərzində aşağıdakı oyunlar keçiriləcək:

"Astana” (Qazaxıstan) – "Sportinq” (Portuqaliya)

"Borussiya” (Dortmund, Almaniya) – "Atalanta” (İtaliya)

"Ludoqorets” (Bolqarıstan) – "Milan” (İtaliya)

"Marsel” (Fransa) – "Braqa” (Portuqaliya)

"Nitsa” (Fransa) – "Lokomotiv” (Rusiya)

"Ostersund” (İsveç) – "Arsenal” (İngiltərə)

"Real Sosyedad” (İspaniya) – "Zalsburq” (Avstriya)

"Spartak” (Moskva, Rusiya) – "Atletik” (İspaniya)

AEK (Yunanıstan) – "Dinamo” (Ukrayna)

"Seltik” (Şotlandiya) – "Zenit” (Rusiya)

"Kopenhagen” (Danimarka) – "Atletiko” (İspaniya)

"Styaua” (Rumıniya) – "Latsio” (İtaliya)

"Lion” (Fransa) – "Vilyarreal” (İspaniya)

"Napoli” (İtaliya) – "Leypziq” (Almaniya)

"Partizan" (Serbiya) – "Viktoriya” (Çexiya).

Xəbər lenti