Xəzər Xəbər

Çempionlar Liqasında HƏSRƏT BİTİR

İdman | 17:13 • 13 Fevral 2018
Çempionlar Liqasında

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə qarşılaşacaq "Yuventus” – "Tottenhem” cütünün ilkin heyəti açıqlanıb.

"Yuventus”da Paulo Dibala, Benediqt Hovedes, Andera Bardzali, Xuan Kuadrado, Blez Matyuidi, Ştefan Lixtştayner zədəli olduğu üçün əsas heyətdə yer almayacaq. "Tottenhem” də isə təkcə Tobi Alderveyreld komandasına kömək edə bilməyəcək.

1/8 finalın ilk oyununda çıxış edəcək komandaların ehtimal olunan heyəti belədir:

Yuventus:

Qianluqi Buffon, Corco Kellini, Aleks Sandro, Medi Benatia, Mattiya De Şilo, Pyanik, Kedira, Rodriqo Bentankur, Mario Mandzukiç, Qonzalo İquan, Duqlos Kosta.

Tottenhem:

Uqo Loris, Ben Devis, Yan Vertongen, Davinson Sançes, Kiran Tripper, Musa Dembele, Erik Dayer, Kristian Eriksen, Dele Alli, Son Xin Min, Harri Keyn.

***

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayır. Bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.

Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı "Yuventus” Premyer Liqanın iddialı komandalarından "Tottenhem”i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. "Tottenhem" isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb.

"Yuve”nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədəli üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlarsa, Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidinin durumu qeyri-müəyyəndi.

Digər qarşılaşmada isə "Bazel” Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti”ni qəbul edəcək. "Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdi. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. "Bazel"in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar. (apasport.az)

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

13 fevral

23:45. "Yuventus” (İtaliya) – "Tottenhem” (İngitərə)

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

23:45. "Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel

Xəbər lenti