Xəzər Xəbər

“Mançester Siti”nin transferi fransız klubunu dağılmaqdan xilas etdi

İdman | 17:50 • 9 Fevral 2018
“Mançester Siti”nin transferi fransız klubunu dağılmaqdan xilas etdi

Qış fasiləsində Emerik Laportun "Mançester Siti”yə transferi fransız klubunu müflis olmaqdan xilas edib.

Söhbət Fransa çempionatının 8-ci divizionunda çıxış edən "Sporting Union of Agen” klubundan gedir. Laportun yetişdirilməsində roluna görə, 57 milyon funt transfer qiymətindən 570 min funt "Agen”ə ödənilib. Bu vəsait sayəsində klub futbolçularının məvacibini və borclarını tamamilə ödəyib.

E.Laport 2000-ci ildə "Agen” klubunda futbolun sirlərini öyrənməyə başlayıb.

"Agen”in prezidenti Jan-Klod Brunel deyib: "Tale bizim qapımızı döydü. Bizim zəhmətimizə gözəl hədiyyə oldu. Borclar ödənməsəydi, mövsümün sonunda klub fəaliyyətini dayandırmalı olacaqdı”.

Xəbər lenti