Xəzər Xəbər

“Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc QADAĞA

İdman | 13:11 • 9 Fevral 2018
“Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc

2018 Qış Olimpiya Oyunlarında iştirak edək bütün idmançılara ağıllı telefon hədiyə edəcəyini açıqlayan Cənubi Koreya şirkəti "Samsung”, İran və Şimali Koreyadan olan idmançılara bunu şamil etməyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Samsung” şirkəti buna səbəb olaraq ABŞ-ın İran və Şimali Koreyaya sanksiya tətbiq etməsini göstərib.

Şirkət, İran və Şimali Koreyadan olan idmançılara telefon verməyəcəyini açıqlayınca bu Tehranın etirazına səbəb olub.

İranın rəsmi xəbər agentliyi IRNA Cənubi Koreya şirkətinin qərarını "əxlaqdan kənar” adlandırıb. İranın xarici işlər naziri Cavad Zərif də cənubi koreyalı rəsmilərə etiraz edib və oyunları boykot edəcəklərini bildirib.

Xəbər lenti