Xəzər Xəbər

Ürəyinə stend qoyulan Böyükağa Hacıyevin SON DURUMU

İdman | 13:03 • 8 Fevral 2018
Ürəyinə stend qoyulan Böyükağa Hacıyevin

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti stabildir.

Bu barədə keçmiş məşqçi Böyükağa Hacıyevin əməliyyat edildiyi Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

Xəstəxanadan bildirilib ki, hazırda reanimasiya şöbəsində olan B.Hacıyev əməliyyatdan sonra özünə gəlib, ümumi vəziyyəti stabil dəyərləndirilir:

"Təzyiqi normaldır. Günorta saatlarınadək ümumi vəziyyəti dəyərləndiriləcək. Dəyərləndirmədən sonra onun palataya köçürülməsinə qərar verilə biləcək”.

Qeyd edək ki, Böyükağa Hacıyev bir müddət əvvəl infarkt keçirib. Özəl klinikalardan birində bir müddət müalicə alıb. Ötən gün Mərkəzi Klinik Xəstəxanaya köçürüləcək ürəyinə stend qoyulub./publika.az

Xəbər lenti

Çox oxunanlar