Xəzər Xəbər

"Antalyaspor"u "soyan" 2 legioner: Nasri və Eto

İdman | 12:52 • 8 Fevral 2018
"Antalyaspor"u "soyan" 2 legioner:

Qış fasiləsində Samuel Eto və Samir Nasri ilə yollarını ayıran "Antalyaspor"un 13 milyon avroya qənaət etdiyi ortaya çıxıb.

İki futbolçunun illik məvacibi birlikdə 10.5 milyon avro təşkil edirdi. Nasri 6 ay çıxış etdiyi Antalya klubuna ciddi fayda verməsə də, şəxsi büdcəsinə 5 milyon avro əlavə edib. Eto isə rəhbərlikdən mövsümün ortasında yeni müqavilə tələb edib. O, "Beşiktaş"a qarşı oynamaqdan və stadionda komandanı dəstəkləməkdən imtina edib. Buna baxmayaraq, rəhbərlik kamerunlu forvarda 1 illik yeni müqavilə təklif edib.

"Bu klub aşağı dəstəyə düşəcək. Belə komandada oynamaq istəmirəm" - deyən Eto bu təklifi rədd edib. "Antalyaspor" rəsmilərini təəccübləndirən məqam turnir cədvəlində klubun qonşusu olan "Konyaspor"la anlaşması olub. Konya təmsilçisi ilə 2.5 illik müqavilə imzalayan Eto 2 milyon avro məvacib alacaq.

Samir Nasrinin müqaviləsində yer alan maddələr da maraq doğurur. Fransalı yarımmüdafiəçi sözləşməsinə oyuna, qola, məhsuldar ötürməyə görə bonuslar saldırıb. Nasrinin müqaviləsindəki maliyyə detalları:

İllik məvacib - 7 milyon

Müqaviləni pozmağa görə təzminat - 1 milyon

Bonuslar:

Oyuna görə - 50 min

Qola görə - 50 min

Məhsuldar ötürməyə görə - 25 min avro .

Xəbər lenti