Xəzər Xəbər

Azərbaycanın tanınmış mütəxəssisi infarkt keçirdi SON VƏZİYYƏT

İdman | 11:00 • 8 Fevral 2018
Azərbaycanın tanınmış mütəxəssisi infarkt keçirdi

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti sabitdir.

Bu barədə "Report"a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

"Onun vəziyyəti stabildir", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib. Xəstəxanadan aldığımız məlumata görə, Böyükağa Hacıyev növbəti dəfə əməliyyat olunacaq.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis infarkt keçirib. B. Hacıyev bir qədər əvvəl Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. O, bir həftə öncə insult keçirib. Buna görə də "Modern" xəstəxanasına müalicəyə alınıb. Lakin Hacıyevin 6 il əvvəl Rusiyanın paytaxtı Moskvada keçirdiyi ağır əməliyyatın da təsiri ilə dünən sabiq baş məşqçinin ürəyində problem yaranıb. Məsləhətləşmələrdən sonra tanınmış mütəxəssisin Mərkəzi Klinik Xəstəxanaya köçürülməsi qərara alınıb. Böyükağa Hacıyev xəstəxanada əməliyyat olunub. Onun ürəyinə iki stend qoyulub və damarları açılaraq, qan dövranı bərpa edilib.

***

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev əməliyyat olunub.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun "Report"a verdiyi məlumata görə, Hacıyevin ürəyinə iki stend qoyulub və damarları açılaraq, qan dövranı bərpa edilib.

Sabah vəziyyətdən asılı olaraq, müalicənin hansı istiqamətdə davam etdirilməsi ilə bağlı müvafiq qərar veriləcək.

***

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 60 yaşlı mütəxəssis infarkt keçirib. Hacıyev az əvvəl əməliyyat olunmaq üçün Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Sadıqov bildirib ki, tanınmış mütəxəssis bir həftə öncə insult keçirib. Nəticədə o, "Modern" xəstəxanasına müalicəyə alınıb. Lakin Hacıyevin 6 il əvvəl Rusiyanın paytaxtı Moskvada keçirdiyi ağır əməliyyatın da təsiri ilə sabiq baş məşqçinin bu gün ürəyində problem yaranıb. Məsləhətləşmələrdən sonra tanınmış mütəxəssisin Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunmasına qərar verilib.

Sadıqov Hacıyevin səhhətinin ilk gündən AFFA rəhbərliyinin diqqətində olduğunu və bütün lazımi köməkliklərin edildiyini də vurğulayıb.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

Xəbər lenti