Xəzər Xəbər

Ueyn Runi Harri Keyni kimə bənzətdi?

İdman | 18:22 • 7 Fevral 2018
Ueyn Runi Harri Keyni kimə bənzətdi?

"Harri Keyn mənə Alan Şireri xatırladır. Keyn "Mançester Siti”də oynasaydı, onu Ronaldoyla, Messiylə müqayisə edərdilər”. "Sky Sports” xəbər verir ki, bu sözləri Ueyn Runi deyib.

Hazırda "Everton”un şərəfini qoruyan Runi "Tottenhem”in forvardı haqda danışıb: "Bu oğlan əsl bombardirdi. Şirer kimi müxtəlif məsafələrdən bir-birinə bənzəməyən qollar vurur. Keyni yaxşı tanıyıram. Millinin düşərgəsində dəfələrlə söhbət etmişik.Uğur üçün özünə əziyyət verməyə hazır olan futbolçudu. "Tottenhem” titulsuz qalmağa davam etsə, Harrini istənilən halda, itirəcək. Mənə qalsa, yığmadakı kapitan sarğısını məhz Keynə verərdim. Buna layiqdi”.

Qeyd edək ki, "Real” və "Mançester Siti” ilə yanaşı, daha bir neçə böyük klubun transfer siyahısında olan Keyn cari mövsüm "Tottenhem”in formasıyla çıxdığı 32 oyunda 31 qol vurub, 3 məhsuldar ötürməylə yadda qalıb.

Fanat.Az

Xəbər lenti