Xəzər Xəbər

UEFA “Real”ın apellyasiya şikayətinə mənfi cavab verib

İdman | 16:12 • 7 Fevral 2018
UEFA “Real”ın apellyasiya şikayətinə mənfi cavab verib

UEFA "Real Madrid”in Daniel Karvaxalla ilə bağlı apellyasiya müraciətinə baxıb.


AZƏRTAC UEFA-ya istinadla xəbər verir ki, ispan müdafiəçiyə verilən 2 oyunluq cəza qüvvədə qalıb. Beləliklə, Karvaxal "PSG”yə qarşı Çempionlar Liqasının səkkizdəbir finalında keçiriləcək ilk matçı buraxmalı olacaq.


26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə oyunda qəsdən sarı vərəqə almaqda ittiham olunurdu. Bununla da cəza limitini dolduran futbolçu "Borussia” ilə qrup mərhələsində keçirilən son oyunu buraxmışdı.

Xəbər lenti