Xəzər Xəbər

"Qalatasaray"ın bombardirinə Çindən təklif

İdman | 15:59 • 7 Fevral 2018
"Qalatasaray"ın bombardirinə

"Qalatasaray"ı daha bir futbolçu tərk edə bilər.

İstanbul klubu hücumçusu Bafetimbi Qomis üçün Çindən təklif alıb. "Sabah"da yer alan məlumata görə, adı açıqlanmaya komanda fransız forvarda illik 7-8 milyon avro civarında maaş ödəməyə hazırdır. Qomisin agenti hazırda Çin təmsilçisi ilə danışıqlar aparır. Bu keçidin 9 milyon avroya reallaşması iddia edilir.

Qeyd edək ki, ötən yay "Marsel"dən transfer edilən 32 yaşlı forvard bu mövsüm "Qalatasaray"ın heyətində 23 oyuna 16 qol vurub və 4 assist edib.

Xəbər lenti