Xəzər Xəbər

Reynaldonun "Spartak" macərası 3 həftə çəkdi Yeni klub tapdı

İdman | 15:05 • 7 Fevral 2018
Reynaldonun "Spartak" macərası 3 həftə çəkdi

"Qarabağ”ın sabiq futbolçusu Reynaldo özünə yeni iş yeri tapıb.

Braziliyalı bu səbəbdən Slovakiyanın "Spartak Trnava” klubunda cəmi 3 həftə qalıb.

29 yaşlı "sambaçı” başqa kluba keçmək niyyətinin olduğunu bildirib. "Mənə inandıqları üçün klub rəhbərliyinə təşəkkür edirəm. Başqa klubdan təklif aldığımı rəhbərliyə bildirdim, onlar da bunu anlayışla qarşıladılar”, deyə Reynaldo açıqlamasında bildirib.

Qeyd edək ki, Reynaldo "Qarabağ”dan ayrılandan sonra Türkiyənin "Adanaspor” klubuna üz tutmuşdu. O, 2013-2017-ci illər aralığında "Qarabağ”ın şərəfini qoruyub.

Xəbər lenti