Xəzər Xəbər

"Bavariya"da Müller şoku

İdman | 14:44 • 7 Fevral 2018
"Bavariya"da Müller şoku

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Münhen təmsilçisinin aparıcı üzvlərindən olan Tomas Müller sıradan çıxıb. Təcrübəli futbolçu Almaniya kubokunun 1/4 final mərhələsində "Paderborn"la oyunun (6:0) 32-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Almaniya millisinin üzvü tibbi müayinədən keçdikdən sonra durumuna aydınlıq gələcək.

Qeyd edək ki, Müller bu mövsüm "Bavariya"nın heyətində 17 Bundesliqa matçında meydana çıxıb və 4 qol vurmağı bacarıb.

Xəbər lenti