Xəzər Xəbər

Kuman rəsmən Hollandiya millisində

İdman | 14:37 • 7 Fevral 2018
Kuman rəsmən Hollandiya millisində

Hollandiya yığmasının yeni baş məşqçisi bəlli olub.

"Narıncılar"ın "sükanı arxası"na son olaraq "Everton"u çalışdırmış Ronald Kuman keçib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Hollandiya millisinin heyətində 1988-ci ildə Avropa çempionatının qalib olan Kumanla 2020-ci ilə qədər müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu postda Dik Advokatı əvəz edib.

Qeyd edək ki, Hollandiya DÇ-2018-dən kənar qalıb.

Xəbər lenti