Xəzər Xəbər

Futbol üzrə Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

İdman | 14:24 • 7 Fevral 2018
Futbol üzrə Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. 

Xezerxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələri Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək.

Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.

Xəbər lenti