Xəzər Xəbər

“Milan”nın əfsanəsi “Deportivo”ya baş məşqçi təyin olunub

İdman | 16:20 • 6 Fevral 2018
“Milan”nın əfsanəsi “Deportivo”ya baş məşqçi təyin olunub

"Milan” futbol klubunun və Hollandiya millisinin əfsanəsi Klarens Seedorf İspaniyanın "Deportivo” klubunun baş məşqçisi təyin olunub.

AZƏRTAC İspaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, Çempionlar Liqasının dörd dəfə qalibi olmuş C.Seedorf "Deportivo”nu 2017/2018-ci il mövsümünün sonunadək idarə edəcək. Müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Seedorf "Milan”a və "Şenjen" komandasına başcılıq etsə də, nailiyyət qazana bilməyib.

Qeyd edək ki, qırx bir yaşlı hollandiyalı 2014-cü ildə futbol karyerasını başa vurub.

Xəbər lenti