Xəzər Xəbər

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının barışıq divarının açılışı olub

İdman | 14:20 • 6 Fevral 2018
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının barışıq divarının açılışı olub

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax "Pxençan-2018” Qış Olimpiadasının Olimpiya kəndində barışıq divarının açılışını edib.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, hündürlüyü 3 metr, uzunluğu 6,5 metr olan beton divar sülhü və müharibələrin dayandırılmasını simvolizə edir. Bu, Olimpiya Oyunlarının qədim ənənələrindən biri sayılır.

Fevralın 25-dək davam edəcək yarışlar zamanı Olimpiya kəndində yaşayan idmançılar dünyaya müraciətlərini barışıq divarındakı yazıları ilə çatdıra bilərlər.

Xəbər lenti